Ukrayna şəhərləri hava zərbələrinə məruz qalıb - VİDEO

   Ukrayna şəhərləri hava zərbələrinə məruz qalıb  - VİDEO
  18 Aprel 2025    Oxunub:1535
Aprelin 18-də səhər saatlarında Rusiya ordusu Ukraynanın Xarkov şəhərində əhalinin sıx məskunlaşdığı əraziyə raket zərbələri endirib.
AzVision.az bildirir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov hava zərbələri nəticəsində çoxlu sayda insanın yaralandığını açıqlayıb.

“Düşmən raketi Xarkov şəhərinin sıx məskunlaşdığı əraziyə düşüb. Hündürmərtəbəli binada partlayış olub. Dağıntılar altında insanlar qala bilər”, - şəhərin meri deyib.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum Xarkovun cənubundakı Osnovyanski rayonuna edilib.

Terexov Telegram-kanalda raket hücumu nəticəsində 20-dən çox yaşayış binasına və 30-dan çox şəxsi evə zərər dəydiyini yazıb. O, həmçinin Xarkova raket zərbəsi nəticəsində yaralananların sayının 54-ə çatdığını bildirib. İkisi uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağırdır.

- İlkin məlumatlara görə, Xarkova zərbələr kaset sursatlarla doldurulmuş ballistik raketlərlə endirilib. Buna görə də zərər çəkmiş ərazilərin miqyası çox böyükdür”, - Terexov sosial şəbəkədə paylaşım edib.

Rusiya Dneprə hava zərbələri endirib - VİDEO
Ukrayna mediasının məlumatına əsasən, aprelin 18-də səhər saatlarında hava hücumu siqnalı zamanı Sumı və Dneprdə də partlayış səsləri eşidilib. Rusiyaya məxsus dronların Sumıya hücumu zamanı üç PUA sənaye obyektini vurub. Bununla bağlı açıqlama verən şəhər merinin səlahiyyətlərini icra edən Artyom Kobzar bir nəfərin öldüyünü deyib.

Dünən axşam ssatlarında isə, Rusiyanın Nikolaev şəhərini atəşə tutmasından sonra “kütləvi yanğın” baş verib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, çoxlu yanar əşyalar olduğundan yanğın 700 kvadratmetr ərazini əhatə edib. Onun fəsadları 50 yanğınsöndürən və 9 ədəd texnika tərəfindən aradan qaldırılıb. Xilasedicilər ölən və ya xəsarət alan olmadığını bildiriblər.

Qeyd edək ki, son günlər Rusiya ordusunun Ukraynanın müxtəlif şəhər və regionlarına endirdiyi hava zərbələri xeyli intensivləşib. Bunun nəticəsində uşaqlar da daxil olmaqla, onlarla dinc sakin həlak olur və yaralanır.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   zərbələr  





Xəbər lenti