Tramp FES-in rəhbərini hədələyib

Amma pul-kredit siyasətinin yumşaltmaq vaxtının çoxdan çatmasına baxmayaraq, Amerika tənzimləyicisi (FES) bu qərarı verməyə tələsmir.
“Neft qiymətləri düşür, ərzaq (hətta yumurta!) ucuzlaşır və ABŞ tariflərlə zənginləşir. Faiz dərəcələri AMB-nin ediyi kimi çoxdan azaldılmalı idi və Pauell mütləq indi onları endirməlidir. Həmçinin Pauell mümkün qədər tez istefa verməlidir”, - Donald Tramp vurğulayıb.
Bir gün əvvəl Çikaqo İqtisadi Klubunda çıxış edən FES-in rəhbəri Trampın idxal tariflərinin iqtisadiyyatın yavaşımasına və ABŞ-də zəifləyən əmək bazarı fonunda daha yüksək qiymətlərə səbəb olacağını bildirib.
- Ticarət müharibəsinə başlamaq qərarı FES-in məqsədlərinə xələl gətirə və iki faizlik inflyasiya hədəfinə çatmağı çətinləşdirə bilər. Trampın tətbiq etdiyi tariflərin təsiri tənzimləyicinin ən pessimist proqnozlarından daha güclü çıxaraq, tarixi analoqları olmayan “fundamental dəyişikliklər” yaradıb”, - Cerom Pauell ABŞ prezidentinin qərarlarını tənqid edib.
Sahil İsgəndərov
AzVision.az