Əraqçi Moskvaya gedib

   Əraqçi Moskvaya gedib
  17 Aprel 2025    Oxunub:872
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-lə Tehranın nüvə proqramı üzrə Oman danışıqlarının müzakirəsi məqsədilə Moskvaya səfərə yollanıb.
"IRNA" xəbər agentliyinin məlumatına görə, Əraqçi bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə ABŞ-İran nüvə danışıqlarının müzakirəsindən əlavə ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Əraqçi: "Uran məsələsi müzakirələrdən kənardır"

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Rusiya   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti