Ermənistan Türkiyəni köməyə çağırır

Onun sözlərinə görə, başqa ölkələr ancaq kömək edə bilər, lakin Bakı ilə “eyni otaqda” birbaşa ünsiyyət ən yaxşı variantdır. Eyni zamanda, Mirzoyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Türkiyədə imzalana biləcəyini də istisna etməyib.
“Danışıqlar davam edir. Yerə gəlincə, bilirsiniz, fərqi yoxdur. Bunu Ermənistanla Azərbaycan sərhədində imzalamaq ideyası var. Bir neçə başqa paytaxt öz xidmətlərini təklif edir, mən heç nəyi istisna etmirəm. Bu təklifi hələ almamışam”, - Ernmənistan XİN-in rəhbəri deyib.
Ararat Mirzoyan bildirib ki, Türkiyə və Azərbaycandan olan həmkarları ilə Antalyada aparılan danışıqlar tərəflərin mövqelərini daha da aydınlaşdırıb.
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirəsində erməni həmkarı Ararat Mirzoyanın bir sıra iddialarını danılmaz faktlarla təkizb edib.
Xatırladaq ki, martın 13-də sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə Bakı-İrəvan danışıqlarının başa çatdığı məlum olub. Tərəflərin razılaşdırdığı son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
Eyni zamanda, Azərbaycan sazişin imzalanması üçün şərt kimi Ermənistanın Konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması tələbində israrlıdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Mirzoyan Azərbaycan Türkiyə