Bild: “Putin 9 may paradında Avropanı hədələyəcək”

      Bild:    “Putin 9 may paradında Avropanı hədələyəcək”
  17 Aprel 2025    Oxunub:811
Rusiya ordusu mayın 9-dan bir ay əvvəl Yekaterinburqda hərbi parad üçün ənənəvi baş məşq keçirib. Bu məşqin görüntüləri internetə sızıb.
AzVision.az xəbər verir ki, Almainyanın “Bild” nəşrinin analitiki Yulian Röpke bu dəfəki videoda adi möhtəşəm avadanlıqların – “Armata” supertankı, nəhəng nüvə raketləri və hətta İkinci Dünya müharibəsindən qalma tankların olmadığına diqqət çəkib.

“Bunun əvəzində yararsız olsa da, əslində Ukraynada cəbhə xəttində istifadə edilən avadanlıqların məşqi keçirilir. O cümlədən: pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün torlar və elektron döyüş sistemləri ilə təchiz olunmuş altı döyüş tankı; oxşar şəkildə təchiz edilmiş piyada döyüş maşınları; “Qrad” və “Smerç” reaktiv raket sistemləri “keyfiyyətdən çox kütlə” strategiyasının təcəssümüdür”, - ekspert bildirir.

Onun fikrincə, keçiriləcək paradın ən qeyri-adi hissəsi KamAZ yük maşınları, tankerlər, təcili yardım maşınları, minatəmizləyici PUA-lar və elektron döyüş sistemləri əsasında qurulan körpüdüzən maşınlardır. Bunlar isə bütövlükdə ordunun logidtikasını və gündəlik tapşırıqlarını təmin edən texnikadır.

Yulian Röpkenin qənaətinə görə, belə bir parad əsl güc nümayişi və Avropaya Rusiyanın müdafiə sənayesinin müharibəyə hazır olması və ordunun döyüş meydanındakı təcrübəsindən ibrət dərsi alması barədə aydın siqnal olardı.

Təhlükəsizlik üzrə ekspert Niko Lanqetak, öz növbəsində, “Bild” qəzetinə deyib ki, Putin öz paradında təcrübəli və döyüşə hazır işğal ordusunu nümayiş etdirmək istəyir, bu ordu paraddan birbaşa Ukrayna və ya Baltikyanı cəbhəyə gedə bilər.

“Əgər Putin həqiqətən döyüşə hazır döyüş hissələrini nümayiş etdirsə, bu, qorxulu olardı”, – Lanqetak vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Purtin   Avropa   hədə  





Xəbər lenti