“İki nəfərin öldüyü və 16 nəfərin yaralandığı məlumdur. Qurbanlar arasında üç uşaq var: doqquz aylıq qız, habelə altı və on bir yaşlı oğlanlar. Onların hamısının vəziyyəti qənaətbəxşdir. Beş nəfər xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir”, - Lısak deyib.
![]() |
Tramp Sumiyə hücumdan danışıb: Rusiyanın adını çəkmədi |
Dnepropetrovsk VHA-nın sədrinin sözlərinə görə, şəhərdə evlərə, təhsil və mədəniyyət müəssisələrinə ziyan dəyib, avtomobillər isə dağıdılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi hava zərbələri nəticəsində uşaqlar da daxil olmaqla mülki əhali arasında xeyli itki olub.
Sahil İsgəndərov
AzVision.az