“Təl-Əviv həm İranın cavab zərbəsindən müdafiə olunmaq, həm də hücuma keçmək üçün Vaşinqtonun dəstəyinə ümid edirdi ki, bu da ABŞ-ni hücumun mərkəzi oyunçusuna çevirirdi. Bəzi ABŞ rəsmiləri İsrailin təkliflərini müsbət qarşılasalar da, bunun həyata keçirilməsi üçün Trampın dəstəyini tələb ediblər”, - qəzet bildirib.
Lakin ötən həftə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüş zamanı Amerika prezidenti ona ABŞ-nin hücumu dəstəkləməyəcəyini və İranla danışıqlara başladığını deyib.
![]() |
İranlılar amerikalılarla görüşü gözləyirlər - VİDEO |
Mart ayında Tramp iki ay ərzində dialoq başlamazsa, İranı zərbələrlə və daha sərt sanksiyalarla hədələmişdi. “NYT” yazır ki, İranın Ali lideri Əli Xameneyinin yaxın ətrafı onu danışıqlara razılıq verməsi üçün təzyiq göstərərərək, əks halda ABŞ və İsraillə müharibə riskinin həddən artıq yüksək olacağı barədə xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az