Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir

Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir
  17 Aprel 2025    Oxunub:669
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəniyyət Forumu keçirilir.
Forumun açılışında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmi şəxslər, beynəlxalq ekspertlər və eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirlər.

Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə dağıdılmış və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsidir.

Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” mövzusunda müzakirələr aparılacaq. Panel zamanı iştirakçılar müxtəlif ölkələrdən olan uğurlu bərpa layihələri, hüquqi və institusional yanaşmalar barədə təqdimatlar edəcəklər.

Növbəti panel isə “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzusuna həsr olunacaq. Burada müasir texnologiyaların irsin sənədləşdirilməsi və qorunmasında oynadığı rol, o cümlədən süni intellekt və 3D modelləşdirmə texnologiyalarının tətbiqi imkanları müzakirə ediləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti