Bakı-Quba yolunun bir hissəsi bağlandı

Bakı-Quba yolunun bir hissəsi bağlandı
  16 Aprel 2025    Oxunub:697
Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

AzVision.az xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti