Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
  16 Aprel 2025    Oxunub:712
Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

Proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.

Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti