ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
  16 Aprel 2025    Oxunub:1135
ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib.

Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında qeydiyyatdan keçib. Bu siyahıya əlavə edilən tankerlər də bu qurumlarla əlaqələndirilib.

AzVision.az





Qalereya




Teqlər:





Xəbər lenti