Özbəkistanla media üzrə əməkdaşlıq müzakirə olunub

Media savadlılığı sahəsində cəmiyyətin məlumatlandırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Xüsusilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, həmçinin hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsinə məsul struktur bölmələrinin rəhbərlərinin və jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.
AzVision.az
Teqlər: