Şamaxıda külək ağacları aşırıb, çaylara sel gəlib

   Şamaxıda külək ağacları aşırıb, çaylara sel gəlib
  16 Aprel 2025    Oxunub:813
Şamaxıda güclü küləklə müşayiət olunan intensiv yağış və leysan rayon ərazisində bir sıra fəsadlar törədib.
Təbii hadisə zamanı ağaclar aşıb, bəzi çaylara sel gəlib, dağ kəndlərində qar yağıb. Müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib və ərazilərdə fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Aşmış ağacların götürülməsi, sel ötürücü qurğuların nəzarətdə saxlanılması və elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Hazırda küləyin sürəti zəifləsə də, bəzi yüksək dağlıq ərazilərdə yağıntılar davam etir.

AzVision.az


Teqlər:





Xəbər lenti