Kollektiv iddiada qeyd edilib ki, "Google" inhisarçı mövqeyini gücləndirmək üçün rəqabətdə olan axtarış sistemlərini məhdudlaşdırmaq üçün öz mövqeyindən sui-istifadə edir.
![]() |
"Google"un keçmiş rəhbərinin əmlakına həbs qoyulub |
Qalmaqallı ərizədə həmçinin iddia edilib ki, şirkət "Google"ni "Safari" brauzerində defolt axtarış sistemi olaraq saxlamaq üçün "Apple"yə milyardlarla dollar ödəyib.
Xatırladaq ki, bu ay Kaliforniyada da "Google"yə qarşı kollektiv məhkəmə iddiası qaldırılmışdı. İddiaçılar şirkəti təhsil proqramından istifadə edərək tələbələrdən şəxsi məlumatları qanunsuz toplamaqda ittiham etmişdi.
Yaponiya da dünən "Google"ni tənqid edib. Tokyoda şirkəti Android axtarış sistemləri bazarını inhisara almaqda ittiham edirlər.
Tural Tağıyev
AzVision.az