Rubio və Uitkoff Fransaya gedəcəklər

"Makron hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik təminatları, o cümlədən sülh sazişinə əməl olunmasına nəzarət üçün qoşunların mümkün yerləşdirilməsi ilə bağlı Avropa təşəbbüsünü fəal şəkildə təbliğ edir”, - “Politico” nəşri vurğulayır.
Xatırladaq ki, Stiven Uitkoff əvvəllər prezident Vladimir Putinlə danışıqlar üçün bir neçə dəfə Rusiyaya səfər edib. Marko Rubio isə Ər-Riyadda Rusiya tərəfi ilə görüşlərdə Amerika nümayəndə heyətinin rəhbəri olub.
Sahil İsgəndərov
AzVision.az