Ağsuda sel ekskavatoru aşırıb I Ölən və yaralılar var

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri, 1982-ci il təvəllüdlü Ayətullayev Pərviz Qəni oğlu hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
AzVision.az
Teqlər: