Əraqçi: "Uran məsələsi müzakirələrdən kənardır"

      Əraqçi:    "Uran məsələsi müzakirələrdən kənardır"
  16 Aprel 2025    Oxunub:744
"Vaşinqton nüvə proqramımızın bir hissəsi kimi uranın zənginləşdirilməsinin dayandırılması tələbini irəli sürsə də, bildirməliyik ki, bu məsələ üzrə müzakirə aparıla bilməz".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi kabinet iclasının yekununda mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun tələbi bu baxımdan yolveriməzdir.

"Bu, real və məqbul məsələdir. Mümkün narahatlıqlara cavabən etimad şəraiti yaratmağa hazırıq", - nazir söyləyib.
Əraqçi Moskvaya gedir

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir. Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi Oman danışıqlarının müzakirəsi məqsədilə bu həftəsonu Moskvaya yollanacaq.

Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin bu həftə ərzində Tehrana gedəcəyini də təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti