Yuxudan ayılan Bayden “bu oğlanı” tənqid etdi - VİDEO
-1744794633.jpg)
Maraqlıdır ki, Donald Trampın adını çəkməyən Co Bayden indiki prezidentə münaisbətdə “bu oğlan” ifadəsini işlədib. Bayden, yeni administrasiyanın Sosial Təminata yanaşmasını pisləyərək, kütləvi ixtisarların hökumət dəstəyinə arxalanan milyonlarla amerikalı üçün risk yaratdığını iddia edib.
“Sosial təminat hökumət proqramından daha artıq bir məsələdər. Bu, verdiyimiz müqəddəs vəddir. Biz heç vaxt, heç vaxt bu etimada xəyanət etməməli və öhdəliklərimizdən üz döndərməməliyik”, - sabiq prezident deyib.
Onun fikrincə, respublikaçılar əvvəlcə atəş açıb, sonra nişan alırlar. Onlar dağıdırlar ki, sonra talan etsinlər. Onların qarət istəyi isə milyarderlərin və iri korporasiyaların vergilərini azaltmaq məqsədi güdür.
- 100 gündən az müddətdə bu yeni administrasiya o qədər ziyan və dağıntılar törədib. Respublikaçıların hərəkətləri ABŞ-nin xarici borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”, - Ağ Evin keçmiş rəhbəri bildirib.
ABŞ-nin Ticarət naziri Hovard Lyutniki də tənqid edən Bayden bu şəxsin orta statistik amerikalıdan uzaq olduğunu deyib.
Ağ Evin sözçüsü Stiven Çunq, Co Baydeni kəskin tənqid edərək onun “rabitəsiz nitqinin” sabiq prezidentin “zəif ağlını” və “sürətlə yeni aşağı səviyyələrə endiyini” göstərdiyini deyib.
“Prezident Tramp dəfələrlə sosial təminatı qoruyacağına və belə müavinətlərin vergiyə cəlb olunmasına son qoyaraq yaşlı insanlar üçün daha yüksək əmək haqqı təmin edəcəyinə söz verib. Bunun əksini söyləyən hər kəs ya axmaqdır, ya da açıq-aşkar yalançıdır, ya da Baydenin məsələsindəki kimi hər ikisidir”, – Stiven Çunq vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl gözlənilmədən səsini çıxaran ABŞ-nin keçmiş Dövlət katibi Antoni Blinken prezident Donald Trampa “tarif müharibəsi”ni necə aparmaq yönündə öz “dəyərli məsləhətlər”ini verib.
Sahil İsgəndərov
AzVision.az