Həssas qruplardan olan miqrantlarla bağlı tədbir keçirilib

Həssas qruplardan olan miqrantlarla bağlı tədbir keçirilib
  10 Aprel 2025    Oxunub:694
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Həssas qruplardan olan miqrantların hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov çıxış edərək, Ombudsmanın Milli Preventiv Mexanizmin mandatı, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolundan irəli gələn hüquqi öhdəliklər, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər, miqrantların hüquq və azadlıqlarının təmini istiqamətində Müvəkkilin fəaliyyəti, habelə “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verib. Yekunda mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti