Tahir Budaqov Hakan Fidanın dəvəti ilə Türkiyəyə gedib

   Tahir Budaqov Hakan Fidanın dəvəti ilə Türkiyəyə gedib
  10 Aprel 2025    Oxunub:646
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib.
Bu barədə AzVision.az -a YAP-dan məlumat verilib. Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.

Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti