Yüz min milyard şeirin yerləşdiyi kitab │ VİDEO

   Yüz min milyard şeirin yerləşdiyi kitab    │ VİDEO
  18 İyun 2026    Oxunub:275
Bir kitabda neçə şeir ola bilər? 1961-ci ildə fransalı şair Raymon Kenonun dərc etdirdiyi kitab “Yüz min milyard şeir” (Cent mille milliards de poèmes) adlanırdı. Özü də bu, yalan deyildi, kitabın qeyri-adi quruluşu həqiqətən də adında deyildiyi qədər şeirin yerləşməsinə imkan vermişdi.
1960-cı ildə Raymon Keno riyaziyyatçı Fransua le Lionne ilə birlikdə OULIPO adlı birlik yaratmışdı. Tam adı “Ouvroir de littérature potentielle” – “Potensial Ədəbiyyat Emalatxanası” olan qrupun məqsədi ilham olmadan şeir yaratmağın riyazi üsullarını araşdırmaq idi. Bundan bir il sonra “Yüz min milyard şeir” kitabı ortaya çıxır.

Kitabda cəmi on sonet var. Hər sonetin hər sətri ayrı zolaqda çap olunub. Bütün sonetlər eyni heca və qafiyə ilə (aBaB aBaB ccD eeD) yazıldığından, sətirləri istənilən qaydada seçib, birləşdirmək olar. Beləliklə, müxtəlif sətirlərin kombinə edilməsilə kitabın adında deyildiyi miqdarda şeir yaratmaq mümkündür. Bu, indiyə qədər yazılmış bütün şeirlərin ümumi sayından çoxdur.



Raymon Keno ixtirasını “şeir istehsal edən maşın” adlandırıb. Mümkün variantları nəzərə alsaq, istənilən insan 38 səhifəlik kitabın vasitəsilə əvvəllər heç kimin oxumadığı bir şeir yarada bilər. Bütün mümkün variantları oxumaq üçün 200 milyon il vaxt tələb olunur.

Samir Quliyev
AzVision.az


Teqlər: Ədəbiyyat  



Xəbər lenti