Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO

   Gəncədəki partlayış qəsdən törədilibmiş -    VİDEO
  12 May 2025    Oxunub:367
Xəbər verdiyimiz kimi, bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

AzVision.az Musavat.com-a istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi məlum olub.

Bildirilib ki, Adil adlı şəxs hadisədən əvvəl 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova ilə dalaşıb və onu bıçaqla hədələyib. Sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.



Gülnaz Şahməmmədova bundan öncə də həmin şəxs tərəfindən bıçaqlandığını bildirib: “Mənə dedi ki, nəvələrini oğurlayacağam, öldürəcəyəm. Mənim heç nəyim deyil, elə düşmənçiliyə görə edib ki, niyə onu polisə vermişəm? Mən buraya gəlib-gedən adam deyiləm. Mən iş adamıyam. Hər gün saat 10-da işdə oluram, 11-də də çıxıram. Boğazımı da, əlimi də o edib. Dedi ki, polisə ərizə verməyəcəksən, şikayət eləməyəcəksən. Məndən pul istəyir, mənim də pulum yoxdur. Keçən dəfə də pul üstündə bıçaqladı məni”.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti